FHN: Binəqədidə evlərinə yağış suyu dolan 4 vətəndaşa köməklik göstərilib

FHN: Binəqədidə evlərinə yağış suyu dolan 4 vətəndaşa köməklik göstərilib
# 30 sentyabr 2016 15:37 (UTC +04:00)

Bakı-APA. Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Binəqədi rayonu ərazisində yağan yağışlar nəticəsində fərdi yaşayış evlərinə və həyətyanı sahələrinə yağış suyu dolub və sakinlərin evdən çıxmasına çətinliklər yaranıb.

APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, dərhal nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq 4 nəfər vətəndaşa müvafiq köməklik göstəriblər.

Əməliyyat saat 16:05-də başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR