Bakı-Qazax yolunda sərnişin avtobusu “Mercedes”lə toqquşub

Bakı-Qazax yolunda sərnişin avtobusu “Mercedes”lə toqquşub
# 06 mart 2016 20:43 (UTC +04:00)

Qazax. Azər Məmmədli – APA. Bakı-Qazax-Gürcüstan avtomobil yolunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə magistral yolun Qazax rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Tbilisi-Bakı marşrutu üzrə hərəkət edən sərnişin avtobusu ilə Qazax rayon sakini, 1993-cü il təvəllüdlü İbrahim Hüseynovun idarə etdiyi “Mercedes” markalı avtomobil toqquşub.

Nəticədə “Mercedes”in sürücüsü və sərnişin, 1995-ci il təvəllüdlü Elfaq Quliyev müxtəlif bədən xəsarətləri alaraq Qazax Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR