SOCAR ötən ay ixrac etdiyi neft məhsullarının həcmini açıqlayıb

SOCAR ötən ay ixrac etdiyi neft məhsullarının həcmini açıqlayıb
# 01 mart 2016 15:40 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi bu ilin fevral ayında 52 099 ton dizel yanacağı, 24 019 ton təyyarə yanacağı, 118 ton soba mazutu, 8 325 ton yüksək təzyiqli polietilen, 1 537 ton mütləqləşdirilmiş izopropil spirti, 6 575 ton maye piroliz qətranı, 2 926 ton propilen və 677 ton butilen butadien fraksiyası ixrac edib. Bu barədə "APA-Economics"ə SOCAR-dan məlumat verilib.

Ümumilikdə, 2016-cı ilin yanvar-fevral ayları ərzində 125 923 ton dizel yanacağı, 65 753 ton təyyarə yanacağı, 118 ton soba mazutu ixrac edilib.

Bundan başqa, bu dövr ərzində 15 403 yüksək təzyiqli polietilen, 2 346 ton mütləqləşdirilmiş izopropil spirti, 9 102 ton maye piroliz qətranı, 6 023 ton propilen və 677 ton butilen butaduien fraksiyası ixrac edilib.

2016-cı ilin fevral ayında dünya bazarında etilləşdirilmiş benzinin qiyməti (1 ton üçün) - 358,67 dollar, təyyarə yanacağının - 314,88 dollar, dizel yanacağının - 292,81 dollar, 1% kükürdlü mazutun qiyməti 141,88 dollar təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR