Azərbaycan ərazisində hava sabahdan mülayimləşəcək

Azərbaycan ərazisində hava sabahdan mülayimləşəcək
# 02 yanvar 2016 08:32 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu-APA. Azərbaycan ərazisində kəskin hava şəraiti bu gün də davam edəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədovanın APA-ya verdiyi məlumata görə, bu gün yağıntıların bəzi yerlərdə intensivləşəcəyi ehtimal olunur.

Lakin sabah, yanvarın 3-də gündüz saatlarından başlayaraq yağıntıların tədricən kəsiləcəyi proqnozlaşdırılır. Yanvarın 3-də gündüz saatlarından əksər bölgələrdə əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq.

Paytaxtda isə bu gün yağıntılı hava şəraiti müşahidə olunmaqda, sulu qar və qar yağmaqdadır, güclü şimal-qərb küləyi əsəcək. Sabah isə güclü şimal-qərb küləyi gündüz saatlarından tədricən mülayimləşəcək.

Yanvarın 3-dən gündüz saatlarından Bakı və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Paytaxtda havanın temperaturu gecə saatlarında 0-3 dərəcə şaxta, gündüz 4 dərəcəyə qədər isti olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR