Tiflisdə radioaktiv maddəni satmaq istəyən Ermənistan vətəndaşları saxlanılıb

Tiflisdə radioaktiv maddəni satmaq istəyən Ermənistan vətəndaşları saxlanılıb
# 18 aprel 2016 16:14 (UTC +04:00)

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə Gürcüstan Dövlət Mühafizə Departamentindən bildiriblər.

Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat nəticəsində 3 nəfər Ermənistan vətəndaşı və 3 nəfər Gürcüstan vətəndaşı saxlanılıb. Onlar radioaktiv maddəni Tiflisdə satmaq niyyəti ilə əldə etdiklərini bildiriblər. Saxlanılan şəxslər radioaktiv maddəni 200 milyon dollara satmaq istədiklərini deyiblər.


Rəsmi məlumata görə, cinayət qrupunun üzvlərindən birinin yaşadığı evdə zavod üsulu ilə yığılan və göndərilmək üçün konteynerə yüklənmiş 238 U (uran -238) nüvə materialı aşkarlanıb. Nüvə materialının radiasiya dərəcəsi insan sağlamlığı üçün zərərlidir.


Saxlanılan şəxsləri 5 ildən 10 ilədək həbs cəzası gözləyir. Faktla bağlı Gürcüstanın Dövlət Təhlükəsizlik Əks Kəşfiyyat Xidmətində istintaq aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR