Aİ-nin miqrasiya üzrə ekspertləri Diasporla İş üzrə Dövlət Komitəsində olublar

Aİ-nin miqrasiya üzrə ekspertləri Diasporla İş üzrə Dövlət Komitəsində olublar
# 09 sentyabr 2016 15:54 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. Azərbaycanda səfərdə olan Avropa İttifaqının miqrasiya üzrə ekspertləri Diasporla İş üzrə Dövlət Komitəsində qəbul edilib.

Komitədən APA-ya verilən məlumata görə, görüş mənzil-qərargahı Vyana şəhərində yerləşən Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzin (İCMPD) həyata keçirdiyi və 2016-cı ildə Avropa İttifaqının maliyyələşdirdiyi “Azərbaycanla mobillik naminə tərəfdaşlığın həyata keçirilməsinə dəstək (MOBİLAZE)” layihəsinin icrası çərçivəsində baş tutub.

Ekspert qrupuna rəhbərlik edən Latviyanın Vətəndaşlıq və Miqrasiya Məsələləri Xidmətinin əməkdaşı Kristin Stone Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəz haqda danışıb. O deyib ki, hazırda MOBİLAZE layihəsi çərçivəsində Azərbaycanın bir sıra dövlət qurumları ilə birgə layihələr həyata keçirilir. 2019-cu ilin yanvarınadək davam edəcək layihə Azərbaycanın Xarici İşlər Nazirliyi ilə miqrasiya sahəsinə cavabdeh qurumlar, habelə Aİ-yə üzv ölkələrin tərəfdaş dövlət orqanları ilə sıx əməkdaşlıq şəraitində icra olunur. Məqsəd miqrasiya sahəsində milli qanunvericiliyi təhlil etmək və müəyyən tövsiyələr işləyib hazırlamaqdır.

Görüşdə hər iki qurum arasında əməkdaşlığa dair məsələlər və onun perspektivləri müzakirə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR