Rusiya səfiri Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb

Rusiya səfiri Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb
# 24 noyabr 2015 13:06 (UTC +04:00)

APA-nın “Blumberq”ə istinadən verdiyi məlumata görə, bu, Rusiyanın Su-24 təyyarəsinin Türkiyə-Suriya sərhədində vurulması ilə əlaqədardır.

Qeyd edək ki, bu gün səhər Rusiyaya məxsus Su-24 hərbi təyyarəsi Türkiyə hava sərhədini pozduğu üçün vurulub. Katapult edən pilotlardan biri yerə düşərkən ölüb, digəri isə sağ qalıb.

Təyyarənin vurulmasından 20-25 dəqiqə sonra türkmənlərin mövqeləri güclü atəşə məruz qalıb.

Vurulan Rusiya təyyarəsinin yerdə partlaması nəticəsində iki Türkiyə vətəndaşı yaralanıb. Onlar Türkiyənin Suriya ilə həmsərhəd Hatay vilayətinin Yayladağ rayonunun Dutlubahçe kəndinin sakinləridir.

Əlavə edək ki, NATO Rusiya məxsus Su-24 təyyarəsinin Türkiyə tərəfindən vurulması ilə əlaqədar təcili iclas çağırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR