Bakıda Beynəlxalq İnnovasiyalar Forumu keçiriləcək

Bakıda Beynəlxalq İnnovasiyalar Forumu keçiriləcək
# 17 sentyabr 2015 07:13 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Azərbaycan 18-20 sentyabr tarixl'rində “ASAN xidmət”in İnnovasiyalar Mərkəzi və “ADA” Universitetinin təşkilatçılığı ilə “World Summit Award” və “Grand Jury” tədbirinə ev sahibliyi edəcək. “ASAN xidmət”in informasiya təminatı şöbəsindən APA-ya verilən xəbərə görə, iki hissədən ibarət tədbirin birinci hissəsində - sentyabrın 18-də ictimaiyyət üçün açıq Forum keçiriləcək.

Forumda sahibkarlarla xarici ekspertlər bir araya gələrək innovasiya, sahibkarlıq, informasiya cəmiyyəti barəsində öz görüş və perspektivlərini bölüşəcəklər.

İkinci hissədə isə dünyanın hər bir yerindən göndərilmiş 400-ə yaxın tətbiq arasından 40 qalib seçilməsi üçün “Grand Jury” sesiyası baş tutacaq. 21 beynəlxalq ekspert Birləşmiş Millətlər Təşkilatının üzvü olan hər bir dövlət tərəfindən “World Summit Award”a göndərilən tətbiqləri dəyərləndirmək üçün Bakıda bir araya gələcək.

Qeyd edək ki, tədbirin məqsədi BMT-nin WSIS (World Summit on the Information Society) gündəminə əsasən yerli informasiya cəmiyyətinin kreativliyini və müxtəlifliyini nümayiş etdirmək və cəmiyyətdə güclü təsiri olacaq rəqəmsal həll yollarını tapmaqdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR