Göyçayda kanaldan tapılan meyitin şəxsiyyəti müəyyən edilib

Göyçayda kanaldan tapılan meyitin şəxsiyyəti müəyyən edilib
# 18 yanvar 2016 11:35 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Göyçay rayonunda kanaldan tapılan meyitin şəxsiyyəti bəlli olub.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, polis əməkdaşları tərəfindən Şirvan kanalının rayonun Bığır kəndindən keçən hissəsində tapılmış 60-65 yaşlı meyitin ötən il dekabrın 12-də itkin düşmüş İsmayıllı şəhər sakini Bəxtiyar Nəsirov olması məlum olub.

Meyitin üzərində zorakılıq əlamətləri görünməyib və qismən çürüməyə məruz qaldığı bildirilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR