Tayvanda baş verən zəlzələ nəticəsində 17 mərtəbəli bina uçub

Tayvanda baş verən zəlzələ nəticəsində 17 mərtəbəli bina uçub
# 06 fevral 2016 00:23 (UTC +04:00)

Bakı-APA. Tayvanın Taynan şəhərində baş vermiş zəlzələ nəticəsində 17 mərtəbəli bina uçub.

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, indiyədək dağıntılar altından 123 nəfər çıxarılıb.

Yaşayış binasında 240 nəfərin yaşadığı bildirilir. Hazırda hadisə yerində xilasedici əməliyyat davam edir. Ölən və xəsarət alanlar barədə məlumat verilmir.

Qeyd edək ki, bu gün Tayvanda 6,7 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanların episentri Qaosyün şəhərindən 42 km şimal-şərqdə, ocağı isə 17 km dərinlikdə yerləşib. Əvvəl zəlzələnin 6,4 bal gücündə olduğu bildirilirdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR