SOCAR hava şəraiti ilə əlaqədar dənizdə bəzi işləri dayandırıb

SOCAR hava şəraiti ilə əlaqədar dənizdə bəzi işləri dayandırıb
# 26 yanvar 2016 09:46 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. "Ölkə ərazisində şaxtalı hava şəraitinin soyuq və şaxtalı keçməsi ilə əlaqədar SOCAR bu gün dənizdəki bəzi işləri dayandırıb".

SOCAR-ın mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev “APA-Economics”in sorğusuna cavab olaraq bildirib ki, mövcud qanunvericiliyə və əməyin təhlükəsizliyi normativlərinə əsasən, havaların soyuq və şaxtalı keçməsi ilə əlaqədar olaraq dənizdəki platforma və estakadalarda qazma və tikinti işləri, xüsusilə təhlükəli işlər, o cümlədən qaynaq işləri dayandırılıb.

"Hazırda yalnız hasilata nəzarət işləri həyata keçirilir", - deyə N. Quliyev bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR