V çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin birinci sessiyası çağırılıb

V çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin birinci sessiyası çağırılıb
# 14 noyabr 2015 21:42 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu-APA. Naxçıvan Muxtar Respublikası Ali Məclisi V çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin birinci sessiyasının çağırılması haqqında qərar verib.

APA-nın məlumatına görə, V çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin birinci sessiyası 17 noyabr saat 11:00-da Naxçıvan şəhərində çağırılsın.

Sessiyanın gündəliyinə Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin, sədrin müavinlərinin və Ali Məclisin komitə sədrlərinin, komitə sədrlərinin müavinlərinin və üzvlərinin seçilməsi məsələləri daxil edilib. Sessiyanın iclasına aidiyyəti təşkilatların rəhbərləri və dövlət mətbuat orqanlarının nümayəndələri dəvət olunurlar.

Qeyd edək ki, noyabrın 1-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinə 45 seçki dairəsi üzrə seçkilər keçirilib və 45 deputat seçilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR