Bəşər Əsəd müxaliflərin silahı yerə qoymasını istəyir

Bəşər Əsəd müxaliflərin silahı yerə qoymasını istəyir
# 11 dekabr 2015 13:58 (UTC +04:00)

Bakı. Türbət Bağırova-APA. “Biz müxalifətlə danışıqlara başlamağa hazırıq. Lakin öncə müxalifət deyəndə kimləri nəzərdə tutduğumuzu dəqiqləşdirməliyik. Silahlı qruplaşma, terrorçu və müxalifət arasında böyük fərq var. Müxalifət siyasi termindir, hərbi yox”.

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, bu sözləri Suriya prezidenti Bəşər Əsəd İspaniyanın EFE agentliyinə müsahibəsində deyib. O bildirib ki, Səudiyyə Ərəbistanı, ABŞ və digər Qərb ölkələri indiyədək Suriya hökumətinin terrorçularla danışıqlar aparmasını istəyib: “Bunu heç bir dövlət qəbul edə bilməz. Nə vaxt ki, onlar silahı yerə qoyacaqlar, o zaman biz danışıqlara hazır olacağıq. Lakin onlara siyasi təşkilat kimi yanaşmağı biz elə əvvəldən rədd edirik. Müxalifət hansısa xarici dövlətlə əlaqəli olmamalıdır.”

Qeyd edək ki, Səudiyyə Ərəbistanın paytaxtı Ər Riyadda Suriya müxalifətinin toplantısı keçirilib. Toplantının nəticələrinə görə, 32 nəfərdən ibarət Şura yaradılıb. Toplantıda Suriya münaqişəsinin siyasi tənzimlənməsi yolları, atəşkəs, habelə ölkənin yenidən qurulması perspektivləri müzakirə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR