Qətldə və xuliqanlıqda təqsirləndirilən şəxslərə hökm oxunub

Qətldə və xuliqanlıqda təqsirləndirilən şəxslərə hökm oxunub
# 09 mart 2016 11:35 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Elgiz Cəfərli, xuliqanlıqda təqsirləndirilən İsmayıl İmamverdiyev və Rafiq Namazovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, hakim Azər Orucov sədrliyi ilə keçirilən iclasda hökm oxunub. Hökmə əsasən, E. Cəfərli 18 il 6 ay, İ. İmamverdiyev 3 il 6 ay, R. Namazov isə 8 ay müddətinə azadlıqdan məhrum ediliblər.

Qeyd edək ki, keçən il iyulunda Şabran rayon sakini Rövşən Əyyubov bıçaqlanaraq, qətlə yetirlib. R.Əyyubovu qətlə yetirməkdə şübhəli bilinən E. Cəfərli və xuliqanlıqda təqsirləndirilən digər şəxslər saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR