Bakıda avtomobilləri qarət edən iki xalaoğlu tutulub

Bakıda avtomobilləri qarət edən iki xalaoğlu tutulub
# 26 sentyabr 2015 08:41 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bakıda avtomobilləri qarət edən qrup üzvləri tutulub.

Suraxanı rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində 15-dən çox avtomobili qarət etməkdə şübhəli bilinən Sumqayıt şəhər sakinləri – 1961-ci il təvəllüdlü Ramiz Rəhmət oğlu Cavadov və onun xalası oğlu, 1987-ci il təvəllüdlü Təbriz Qələndər oğlu Həsənov tutulublar.

Hazırda polis tutulan şəxslərin digər cinayətlərinin olub-olmadığını araşdırır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR