“Türkiyə axını” qaz kəmərinin işə salınması təxirə salınıb

“Türkiyə axını” qaz kəmərinin işə salınması təxirə salınıb
# 14 sentyabr 2015 16:16 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. “Türkiyə axını” qaz kəmərinin işə salınması təxirə salınır.

APA-nın RİA "Novosti”yə istinadən verdiyi məlumata görə, bunu Rusiyanın “Qazprom” şirkətinin sədr müavini Aleksandr Medvedyev bildirib.

O deyib ki, boruların düzülməsi prosesi planlaşdırıldığı kimi başlamadığı üçün son tarix artıq 2016-cı ilin dekabrı olmayacaq.

Xatırladaq ki, Rusiyanın energetika naziri Aleksandr Novak iki gün öncə bəyan edib ki, rəsmi Moskva Türkiyə ilə “Türk axını” qaz kəmərinin yalnız bir xətti üzrə saziş imzalamağa hazırdır. Digər xətlərin tikintisinin perspektivi isə Cənub-Şərqi Avropanın tələbatından asılı olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR