Bakıda evdən 9 min manat oğurlanıb

Bakıda evdən 9 min manat oğurlanıb
# 29 avqust 2016 10:15 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakıda mənzildən oğurluq edən şəxs saxlanılıb.


APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, Sabunçu rayon 14-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 27-də Maştağa qəsəbəsində yaşayan Hümbət Hümbətovun evindən 9100 manat pul oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Sahil Mahmudov tutulub, daha bir nəfər isə müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR