Müəllimin direktora qarşı iddiası təmin edilməyib

 Müəllimin direktora qarşı iddiası təmin edilməyib
# 19 aprel 2016 08:31 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakıda müəllim direktoru məhkəməyə verib.

APA-nın məlumatına görə, Sabunçu rayonu Firuz Bayramov adına 22 saylı tam orta məktəbdə fiziki tərbiyə müəllimi işləyən Müşfiq Əliyev həmin məktəbin direktor vəzifəsini müvəqqəti icra edən Cavad Səfərovla bağlı Sabunçu rayon Məhkəməsinə müraciət edib. O, iddia ərizəsində intizam tənbehlərinin verilməsi barədə əmrlərin ləğv edilməsini istəyib. Lakin məhkəmə müəllimin iddiasını təmin etməyib.

M. Əliyev Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR