Xaçmazda iş adamını ölümlə hədələyib pulunu alan şəxs tutulub

Xaçmazda iş adamını ölümlə hədələyib pulunu alan şəxs tutulub
# 26 iyul 2016 09:48 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Xaçmazda iş adamını ölümlə hədələyib pulunu alan şəxs tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 24-də Xaçmaz rayonunun Çarxı kəndindəki restoranda, oranın icarədarı Ramin Namazovu öldürəcəyi ilə hədələyib 400 manat pul tələb edən Xaçmaz şəhər sakini, əvvəllər məhkum olunmuş Hüseyn Mövlanov tutulub. Ondan 3,225 qram heroin götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR