Deputat Novruz Aslanov seçiciləri qəbul edib

Deputat Novruz Aslanov seçiciləri qəbul edib
# 04 mart 2016 07:24 (UTC +04:00)

Bakı-APA. Milli Məclisin (MM) deputatı Novruz Aslanov martın 3-də seçiciləri ilə görüşmək məqsədilə İsmayıllı rayonuna növbəti səfərini edib.

Deputatın qərargahından APA-ya verilən məlumata görə, bu, millət vəkilinin bu il keçirdiyi sayca 7-ci qəbuldur. 80 nəfərə yaxın sakinin iştirak etdiyi qəbul deputatın İsmayıllı şəhərində yerləşən qərargahında olub. Millət vəkili onların problemləri ilə yaxından maraqlanıb.

Qəbula gələn sakinlərin qaldırdığı məsələlər əsasən müalicə, məişət problemləri və digər sosial yönümlü məsələlərdən ibarət olub. Bir neçə məsələ yerindəcə həll edilib. Həlli vaxt tələb edən məsələlərlə bağlı millət vəkili əlaqədar strukturlara müraciət edəcəyini bildirib.

Qeyd olunub ki, qəbula gələn və ya əlavə olaraq müraciət edən sakinlərə müvafiq ərzaq yardımları da edilib. Həmçinin, bir nəfər ağır xəstənin müalicəsi üçün Novruz Aslanovun dəstəyi ilə xarici ölkələrin birindən dərman preparatları gətirilərək ona təmənnasız təqdim edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR