“PASHA Bank Georgia” III rübü zərərlə başa vurub

“PASHA Bank Georgia” III rübü zərərlə başa vurub
# 01 dekabr 2015 12:23 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. “Paşa Bank Georgia”nın aktivlərinin həcmi 2015-ci ilin III rübündə 283,733 mln. lari təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 2,15 dəfə çoxdur.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 2,97 dəfə artaraq 95,141 mln. lari olub.

Bankın depozit portfeli hesabat dövrü ərzində 5,61 dəfə artaraq 4,927 mln. lariyə çatıb.

Bir il ərzində bankın məcmu kapitalı 2,07% artaraq 94,066 mln. lariyə çatdığı halda, nizamnamə kapitalı 103 mln. lari səviyyəsində qalıb.

Bankın gəlirləri ötən ilin müvafiq dövrünə nisbətən 2,71 dəfə artaraq 14,320 mln. lariyə, xərcləri isə təxminən 2 dəfə artaraq 10,013 mln. lariyə çatıb.

Cari ilin III rübünü bank 771,175 min lari zərərlə başa vurub.

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi məzənnələr bülleteninə görə, 1 Gürcü larisi 0,4385 manata bərabərdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR