Rusiya XİN: "Taliban"la heç bir əlaqəmiz yoxdur

Rusiya XİN: "Taliban"la heç bir əlaqəmiz yoxdur
# 30 sentyabr 2016 10:35 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. "Rusiyanın "Taliban" hərəkatı ilə heç bir əlaqəsi yoxdur. Ancaq humanitar məsələlərlə bağlı əlaqə kanalı var".

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya xarici işlər nazirinin müavini Oleq Sıromolotov bildirib.

"Siz təsəvvür etməlisiniz ki, "Taliban" hərəkatı nədir. Bu, BMT-nin sanksiya siyahısına daxil edilmiş terrorçu qruplaşmadır. Əlbəttə ki, taliblərlə heç bir əlaqəmiz yoxdur. Bizim yalnız insan hüquqları və əsrlərlə bağlı humanitar məsələlərə aid kanalımız mövcuddur", - deyə Rusiya XİN rəhbərinin müavini qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR