Azərbaycanda bayram günlərində yol qəzaları ilə bağlı statistika açıqlanıb

Azərbaycanda bayram günlərində yol qəzaları ilə bağlı statistika açıqlanıb
# 02 yanvar 2016 10:01 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Azərbaycanda bayram günləri baş verən yol-nəqliyyat hadisələrinin sayı açıqlanıb.

Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, dekabrın 31-də respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 3 nəfər ölüb, 10 nəfər yaralanıb.

Yanvarın 1-də isə respublikanın avtomobil yollarında 15 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Nəticədə 24 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Hər bir faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR