AKP Türkiyə əleyhinə təbliğatın qarşısını almaq üçün bəzi ölkələrə nümayəndə heyəti göndərəcək

AKP Türkiyə əleyhinə təbliğatın qarşısını almaq üçün bəzi ölkələrə nümayəndə heyəti göndərəcək
# 01 avqust 2016 10:08 (UTC +04:00)

Bakı. Türbət Bağırova-APA. Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) xarici əlaqələr bölməsi FETÖ terror təşkilatının uğursuz dövlət çevrilişi cəhdindən sonra bəzi ölkələrin media orqanlarında Türkiyə əleyhinə materialların artmasının qarşısını almaq üçün həmin ölkələrə nümayəndə heyətləri göndərməyə qərar verib.

APA-nın “yenisafak.com” saytına istinadən verdiyi xəbərə görə, tərkibi iki millət vəkili və iki mütəxəssisdən ibarət olacaq nümayəndə heyətləri səfər edəcəyi ölkələrdə aidiyyəti qurum və şəxslərlə görüşəcək, terror təşkilatının dövlət orqanlarına hansı yollarla daxil olması, yaratdığı təhdidlər, yaydığı dezinformasiyalar və digər qanunsuz fəaliyyətləri barədə məlumat verəcək. Nümayəndə heyəti bununla bağlı hazırladığı hesabatı da təqdim edəcək.

Heytələrin Azərbayca, İraq, Gürcüstan, Bolqarıstan, Almaniya, Qırğızıstan, ABŞ və bir sıra Avropa İttifaqı üzvü olan ölkələrə səfəri planlaşdırlır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR