Ötən il Vergi Apelyasiya Şurasının icraatında 54 müraciət olub

Ötən il Vergi Apelyasiya Şurasının icraatında 54 müraciət olub
# 21 yanvar 2016 08:35 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. 2015-ci il ərzində Vergilər Nazirliyinin Vergi Apelyasiya Şurasının icraatında 54 müraciət olub.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, 1 müraciət 2014-cü ildən qalıq qalıb, 53 müraciət isə 2015-ci il ərzində daxil olub. Şuranın icraatında olmuş müraciətlərdən 22-si kameral vergi yoxlamasının, 15-i səyyar vergi yoxlamasının, 15-i operativ vergi nəzarətinin nəticələri və 2-si isə digər məsələlər ilə bağlı olub.

Şuranın icraatında olmuş 54 müraciətdən 49-na Vergi Məcəlləsinin, “İnzibati icraat haqqında” Qanununun, Vergilər Nazirliyinin Vergi Apellyasiya Şurası haqqında Əsasnamənin və digər aidiyyəti hüquqi aktların tələblərinə uyğun baxılaraq müvafiq qərarlar qəbul edilib, 5 müraciət isə 2016-cı ilə keçib.

Şurada baxılaraq müvafiq qərarlar qəbul edilmiş 49 müraciətin 27-si tam və ya qismən təmin edilib, 14-ü təmin edilməyib, 4-nün icraatına xitam verilib, 3-ü baxılmadan saxlanılıb və 1-nin isə müddəti uzadılıb. Şura tərəfindən baxılmış 49 müraciətdən 46-sı vergi ödəyicisinin təkrar şikayəti üzrə, 3-ü isə vergi orqanının müraciəti üzrə olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR