Arif Alışanovun Qulu Məhərrəmliyə qarşı iddiası üzrə məhkəmə keçirilib

Arif Alışanovun Qulu Məhərrəmliyə qarşı iddiası üzrə məhkəmə keçirilib
# 01 aprel 2016 08:56 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə -APA. Bu gün Yasamal rayon Məhkəməsində “Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin sədri Arif Alışanovun jurnalist Qulu Məhərrəmliyə qarşı xüsusi ittiham qaydasında verdiyi şikayət üzrə məhkəmə prosesi keçirilib.

APA-nın məlumatına görə, hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə Qulu Məhərrəmli çıxış edərək Arif Alışanovun məhkəmədə iştirak etməsini istəyib. Hakim bildirib ki A. Alışanova çağırış məktubu göndəriləcək. Hakim buna görə işin baxışa qəbul edilmədiyini deyib.

Məhkəmə prosesi qeyri-müəyyən vaxta qədər təxirə salınıb.

Qeyd edək ki, Q.Məhərrəmlinin Azərbaycanda televiziyanın kütləvi yayımına başlamasının 60 illiyi ilə bağlı verdiyi müsahibədən sonra A.Alışov şərəf və ləyaqətinin təhqir olunduğunu iddia edərək Yasamal rayon Məhkəməsinə müraciət edib. Müraciətdə Qulu Məhərrəmliyə qarşı cinayət işinin açılması istənilib. A.Alışanov eləcə də Nəsimi rayon Məhkəməsinə müraciət edərək Q.Məhərəmlinin 100 min manat təzminat ödəməsini tələb edib. O, ərizəsində həmin pulu uşaq evinə köçürəcəyini qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR