Rusiyada vəkil qətlə yetirilib

Rusiyada vəkil qətlə yetirilib
# 31 avqust 2016 12:09 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Rusiyanın Moskva vilayətinin Serpuxov şəhərində pnevmatik silahdan açılan atəş nəticəsində vəkil qətlə yetirilib.

APA-nın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, Rostov vilayətinin vəkillər reyestrində qeydiyyatda olan vəkilin ölümü ilə bağlı cinayət işi başlanıb. Məhkəmə-tibbi ekspertizanın rəyinə əsasən ölüm döş qəfəsinin güllə yarası alması səbəbi ilə baş verib. Cinayətin pnevmatik silahla törədildiyi ehtimal olunur.

Cinayətin şəxsi ədavət və ya iş fəaliyyəti ilə bağlı olması versiyaları nəzərdən keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR