AMEA-nın Gəncə bölməsinin şöbə rəhbərlərinə və elmi katiblərə xidməti pasport almaq hüququ verilib

AMEA-nın Gəncə bölməsinin şöbə rəhbərlərinə və elmi katiblərə xidməti pasport almaq hüququ verilib
# 16 fevral 2016 14:15 (UTC +04:00)

Bakı - APA. Azərbaycan prezidenti İlham Əliyev “Xidməti pasport almaq hüququ olan vəzifəli şəxslərin siyahısı”nda dəyişikliklər edilməsi haqqında fərman verib.

APA-nın məlumatına əsasən, fərman xidməti pasport almaq hüququ olan vəzifəli şəxslərin siyahısının genişləndirilməsi ilə bağlıdır.

Fərmana əsasən Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə Bölməsinin şöbə (idarə) rəhbərləri və elmi katiblər xidməti pasport almaq hüququ olan vəzifəli şəxslərin siyahısına daxil ediliblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR