Ağcabədidə avtomobil dərəyə düşüb, ölən və xəsarət alan var

Ağcabədidə avtomobil dərəyə düşüb, ölən və xəsarət alan var
# 30 sentyabr 2016 09:07 (UTC +04:00)

Ağcabədi. Ziya Əmirxanlı – APA. Ağcabədi rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, hadisə rayonun Hüsülü kəndi ərazisində qeydə alınıb.

Rayon sakini Məmmədov Sadiq Elxan oğluna məxsus “VAZ 21010” markalı, 02 BL 515 dövlət nömrə nişanlı avtomobil idarəetmənin itməsi səbəbindən dərəyə aşıb.

İlkin məlumata görə, avtomobili idarə edən 1985-ci il təvəllüdlü Mingəçevir şəhər sakini Əhmədov Vasif Şaiq oğlu hadisə yerində ölüb.

Hadisə nəticəsində bir nəfərin xəsarət aldığı, xəstəxanaya yerləşdirildiyi bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR