“Magistr” jurnalının 2-ci sayı çap olunub

“Magistr” jurnalının 2-ci sayı çap olunub
# 09 fevral 2016 15:15 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) “Magistr” jurnalının 2-ci sayını çap edib. TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, jurnalın bu sayında 2016/2017-ci tədris ili üçün ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına tələbə qəbulu haqqında elan dərc olunub.

Jurnalda magistratura səviyyəsinə qəbula hazırlaşan bakalavrlara kömək məqsədilə ümumi intellektin (məntiqi təfəkkürün) inkişaf səviyyəsini, informatika üzrə bilikləri, xarici dilləri bilmə səviyyəsini yoxlayan test tapşırığı nümunələri də təqdim olunub.

Eyni zamanda, jurnalın bu sayında müsabiqə şərtləri, “Bakalavrın elektron ərizəsi” formasının doldurulma qaydası və onun nümunəsi də dərc edilib.

Jurnalı kitab köşklərindən almaq və ya www.abiturient.az saytında "TQDK-nın nəşrlərinin online sifariş ilə satışı" bölməsindən sifariş etmək olar. Jurnalın elektron versiyasını isə (pdf formatında) www.abiturient.az saytında "TQDK-nın nəşrlərinin elektron versiyalarının online satışı" bölməsində sifariş etməklə əldə etmək mümkündür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR