Vrotslav Universitetində “Koroğlu” dastanının tərcüməçisi Aleksandr Xodzdkoya həsr olunmuş xatirə lövhəsinin açılışı olub

Vrotslav Universitetində “Koroğlu” dastanının tərcüməçisi Aleksandr Xodzdkoya həsr olunmuş xatirə lövhəsinin açılışı olub
# 17 dekabr 2015 12:36 (UTC +04:00)

Bakı-APA. Azərbaycanın Polşadakı Səfirliyinin təşəbbüsü ilə Vrotslav Universitetində “Koroğlu” dastanının tərcüməçisi Aleksandr Xodzdkoya həsr olunmuş xatirə lövhəsinin açılışı olub.

Səfirlikdən APA-ya bildirilib ki, açılışa Vrotslav Universitetinin rektoru professor Marek Boyarski, prorektorlar, senatın üzvləri, müəllim və tələbələr qatılıblar. M. Boyarski bildirib ki, tanınmış polyak şərqşünas Aleksandr Xozdkonu onlara Azərbaycanın Polşadakı səfiri Həsən Həsənov tanıdıb. O, Azərbaycan xalqının dəyərli ədəbiyyat nümunələrinə qiymət verməklə bərabər, Aleksandr Xodzko kimi alimləri unutmadığına görə təşəkkürünü bildirib.

Səfir H. Həsənov səfirlik tərəfindən həyata keçirilən “Biz Unutmuruq” layihəsi çərçivəsində bir zamanlar fəaliyyətləri ilə Azərbaycan və Polşa əlaqələrinin inkişafına töhfə vermiş şəxslərin xatirəsinə Polşanın bir sıra şəhərlərində 12 abidə, barelyef və lövhələr qurulduğunu bildirib. İştirakçılara müasir dövr Azərbaycan-Polşa əlaqələri haqda məlumat verilib.

Sonda Azərbaycan mətbəxinin nümunələrinin təqdim olunduğu ziyafət verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR