Bakıda "Shacman" markalı yük maşını "Dodge" markalı minik avtomobilinin üstünə aşıb - FOTO - VİDEO

Bakıda "Shacman" markalı yük maşını "Dodge" markalı minik avtomobilinin üstünə aşıb - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 30 oktyabr 2015 02:52 (UTC +04:00)

Bakı. Fərahim Qasımov-APA. Bakıda ağır tonnajlı yük maşını minik avtomobilinin üstünə aşıb. APA-nın məlumatına görə, hadisə paytaxtın Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsində qeydə alınıb.

Sürücü 28 yaşlı Elçin Mustafazadənin idarə etdiyi "Shacman" markalı yük maşını asfaltın qəfil çökməsi nəticəsində yol kənarında dayanan "Dodge" markalı minik maşının üstünə aşıb. Hadisə nəticəsində xəsarət alan olmasa da, hər iki maşına ciddi ziyan dəyib. Yük maşınındakı tikinti materialı başqa maşına yüklənib.

Məlumat üçün bildirək ki, yolun bu hissəsində təmir işləri getsə də, hər hansı bir xəbərdaredici nişan qoyulmayıb.

Faktla bağlı Dövlət Yol Polisinin Binəqədi Rayon Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR