Hacıqabul-Bəhramtəpə yolunda yük və minik maşınları toqquşub, ölən və xəsarət alanlar var - YENİLƏNİB - FOTOSESSİYA - VİDEO

Hacıqabul-Bəhramtəpə yolunda yük və minik maşınları toqquşub, ölən və xəsarət alanlar var - <span style="color: red;">YENİLƏNİB  - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 11 noyabr 2015 12:55 (UTC +04:00)

Şirvan. Əlibəy Zeynallı - APA. Hacıqabul-Bəhramtəpə yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, hadisə bu gün saat 14.00 radələrində Hacıqabul-Bəhramtəpə yolunun 7-ci kilometrliyində, Şirvan şəhəri ərazisində qeydə alınıb.

Şirvan sakininin idarə etdiyi “Ford” markalı, 99-FU-918 dövlət nömrə nişanlı kiçik həcmli yük maşını ilə Zəngilan rayon sakini Şirinov Ruslan Şahmirzə oğlunun idarə etdiyi “VAZ 2107” markalı, 10-MH-766 dövlət nömrə nişanlı avtomobil toqquşub. Nəticədə “VAZ 2107” markalı avtomobilin sərnişini, Zəngilan rayon sakini, 1984-cü il təvəllüdlü Şirinov Taleh Şahmirzə oğlu xəstəxanaya çatdırılarkən yolda ölüb.

“VAZ 2107” markalı avtomobilin digər sərnişini və ölən şəxsin həyat yoldaşı, 1989-cu il təvəllüdlü Şirinova Günəş Fizuli qızı xəsarət alaraq Şirvan Şəhər Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib. Onların azyaşlı uşaqları isə yüngül xəsarət alıb.

“Ford” markalı avtomobildə olan sərnişin - Şirvan sakini, 1972-ci il təvəllüdlü Rzayev Bəxtiyar Rəhməd oğlu ağır kəllə-beyin travması diaqnozu ilə Şirvan şəhər Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı Baş Dövlət Yol Polisi araşdırma aparır.

***

15.00

Hacıqabul. Əlibəy Zeynallı - APA. Hacıqabul rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə günorta saatlarında Hacıqabul-Bəhramtəpə yolunun 7-ci kilometrliyində qeydə alınıb.

“Ford” markalı, 99-FU-918 dövlət nömrə nişanlı kiçik həcmli yük maşını ilə “VAZ 2107” markalı, 10-MH-766 dövlət nömrə nişanlı avtomobilin toqquşması nəticəsində 1984-cü il təvəllüdlü Şirinov Taleh Samir oğlu ölüb. T. Şirinov xəstəxanaya çatdırılarkən yolda dünyasını dəyişib.

Hadisə nəticəsində xəsarət alan üç nəfər isə Şirvan Şəhər Xəstəxanasına çatdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR