Putin İslam Kərimovun məzarını ziyarət edib

Putin İslam Kərimovun məzarını ziyarət edib
# 06 sentyabr 2016 11:42 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Rusiya prezidenti Vladimir Putin Özbəkistana səfər edib.

APA-nın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, V. Putin Səmərqəndə gedərək Özbəkistanın sentyabrın 2-də vəfat etmiş prezidenti İslam Kərimovun məzarının yerləşdiyi Şah Zində məzarlığını ziyarət edib. Əvvəlcə o, mərhum prezidentin qəbri üstünə gül qoyub. Daha sonra isə İ. Kərimovun həyat yoldaşı və qızı ilə söhbət edib və onlara başsağlığı verib.

V. Putini Özbəkistanın baş naziri Şövkət Mirziyoyev müşayiət edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR