“YapıKredi Bank Azerbaijan” ilin I yarısını zərərlə başa vurub

“YapıKredi Bank Azerbaijan” ilin I yarısını zərərlə başa vurub
# 01 oktyabr 2015 10:38 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. “YapıKredi Bank Azerbaijan”ın aktivlərinin həcmi 2015-ci ilin II rübündə 363,499 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 5,42% çoxdur.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 0,83% artaraq 248,765 mln. manat olub. O cümlədən, istehlak kreditlərinin həcmi 87,232 mln. manat təşkil edib ki, bu da 2014-cü ilin iyul ayının 1-nə olan göstəriciyə nisbətən 3,77% azdır. Müqayisə olunan dövrdə avtomobil kreditlərinin həcmi isə 1,88% azalaraq 9,868 mln. manat olub.

İpoteka kreditlərinin həcmi isə, 12,098 mln. manat təşkil edib ki, bu, 2014-cü il iyulun 1-nə nisbətən 53,33% çoxdur.

Bankın kredit portfelinin strukturunda vaxtı keçmiş kreditlərin həcmi keçən ilin analoji dövrü ilə müqayisədə 3,15 dəfə artaraq 27,622 mln. manat olub.

Əhalinin əmanətlərinin həcmi isə 46,669 mln. manata bərabər olub ki, bu da illik müqayisədə 5,98% çoxdur.

Bir il ərzində bankın məcmu kapitalı 0,57% azalaraq 62,877 mln. manat olub, nizamnamə kapitalı dəyişməyərək 46 mln. 810,7 min manat təşkil edib.

Bankın gəlirləri ötən ilin müvafiq dövrünə nisbətən 17,01% artaraq 27,140 mln. manat, xərcləri isə 23,70% artaraq 22,923 mln. manat təşkil edib.

Cari ilin ilk altı ayını bank 1,730 min manatlıq zərərlə başa vurub.

Hazırda bankın ölkə üzrə 15 filialı, 26 bankomatı, 3001 POS-terminalı fəaliyyət göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR