Lənkəranda avtomobil motosikletlə toqquşub, ölən və xəsarət alan var

Lənkəranda avtomobil motosikletlə toqquşub, ölən və xəsarət alan var
# 04 yanvar 2016 11:33 (UTC +04:00)

APA-nın cənub bürosunun məlumatına görə, hadisə yanvarın 4-də saat 13.30 radələrində Lənkəran-Boradigah şosesinin rayonun Separadi kəndindən keçən hissəsində qeydə alınıb.

Masallı rayon sakininin idarə etdiyi “VAZ-21015” markalı minik avtomobili Lənkəranın Separadi kənd sakini Ayaz Salayevin idarə etdiyi “Muravey” markalı motosikletlə toqquşub. Güclü zərbədən motosikletin sürücü aldığı xəsarətlərdən hadisə yerindəcə dünyasını dəyişib. Motosikletin qoşqu yerində əyləşmiş sürücünün yaxın qohumu Həmzə Mütəllimov isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. O, Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırmalara başlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR