Samir Şərifov: "İpoteka şərtlərinin sadələşdirilməsi və məbləğin artırılması nəzərdə tutulur"

Samir Şərifov: "İpoteka şərtlərinin sadələşdirilməsi və məbləğin artırılması nəzərdə tutulur"
# 20 yanvar 2016 08:00 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. "İpoteka ilə bağlı sənədlər artıq Nazirlər Kabinetindədir. Hesab edirəm ki, bu sənədlərlə bağlı 3-4 günə müvafiq qərar imzalanacaq".

APA-nın məlumatın görə, bunu maliyyə naziri Samir Şərifov deyib.

Nazir bildirib ki, bu gün İpoteka Fondunun yeni əsaslar üzərində qurulması vacibdir: "İlk növbədə İpoteka Fondunun idarəetmə strukturu dəyişdirilir. Çünki bu fond bilavasitə bazara da çıxmalıdır ki, vəsait cəlb etsin və bu vəsait hesabına ölkə xaricində ipoteka kreditlərinə ehtiyacı olanlara bunu təqdim edə bilsin".

S. Şərifov qeyd edib ki, ipoteka ilə bağlı sənədlərdə ipoteka şərtlərinin sadələşdirilməsi və məbləğin artırılması nəzərdə tutulur: "Bildiyiniz kimi, manatın ucuzlaşması ilə bağlı ipoteka kreditlərinin məbləğinin artırılmasına xüsusi ehtiyac var. Eyni zamanda faiz siyasətinə yenidən baxılması zərurəti yaranıb".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR