Saatlıda narkotik vasitələrin əkilib becərilməsi ilə məşğul olan şəxs saxlanılıb

Saatlıda narkotik vasitələrin əkilib becərilməsi ilə məşğul olan şəxs saxlanılıb
# 23 avqust 2016 09:54 (UTC +04:00)

Saatlı. Əlibəy Zeynallı-APA. Saatlı sakini narkotik tərkibli çətənə kolları yetişdirdiyinə görə saxlanılıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Saatlı rayon polis əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı rayonun Şirinbəy kəndində narkotik vasitələr əkən şəxs saxlanılıb. Kənd sakini Cəfərov Səbuhi İbrahim oğlu həmin kolları özünə məxsus yarımtikili evin həyətyanı sahəsində əkib. Su kanalının kənarında kol-kos arasında əkdiyi narkotik tərkibli kollara xususi aqrotexniki qaydada qulluq etdiyini etiraf edib. Əməliyyat zamanı ərazidən çətənə kolları və qurudulmuş halda narkotik vasitə aşkar edilib.

Faktla bağlı Saatlı polis şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR