Məntəqə sədri: “Seçici fəallığı yüksәkdir”

Məntəqə sədri: “Seçici fəallığı yüksәkdir”
# 01 noyabr 2015 07:18 (UTC +04:00)

Bakı. Mәlahәt Nәcәfova - APA. "Sәhәr saat 08.00-dan seçki qutuları müşahidәçilәrin iştirakı ilә möhürlәnib".

APA-nın məlumatına görə, bunu Sәbail rayon 29 saylı seçki dairәsinin 4 saylı seçki mәntәqәsinin sәdri Lalә Әliyeva deyib.

"Mәntәqәdә 1019 seçici qeydiyyatdadır, seçici fəallığı yüksәkdir. Sәsvermә üçün lazımi şәrait yaradılıb", - deyə o qeyd edib.

L. Əliyeva bildirib ki, mәntәqәdә veb-kamera quraşdırılıb. Onun sözlərinə görə, indiyәdək məntəqədə 7 beynәlxalq müşahidәçi olub, 11 yerli müşahidәçi qeydiyyatdan keçib.

Qeyd edәk ki, mәntәqәdә "Rәy" vә "Els" monitorinq mәrkәzlәri tərəfindən “exit-poll” hәyata keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR