DİN və MSK Gəncədə seminar-məşğələ keçirib - FOTOSESSİYA

DİN və MSK Gəncədə seminar-məşğələ keçirib - <span style="color: red;">FOTOSESSİYA
# 21 sentyabr 2015 10:22 (UTC +04:00)

Gəncə. Azər Məmmədli – APA. Daxili İşlər Nazirliyi bölgələrdə Mərkəzi Seçki Komissiyası (MSK) ilə birgə zonalar üzrə seminar-məşğələlər keçirir.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, Gəncə şəhər Baş Polis İdarəsində Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi tərəfindən MSK-nın nümayəndələri və dairə seçki komissiyalarının sədrləri, polis orqanlarının xidmət üzrə rəis müavinləri və ictimai təhlükəsizlik şöbə, bölmələrinin rəislərinin iştirakı ilə zona seminar-müşavirə təşkil olunub. DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini polis polkovnik-leytenantı Hikmət Eyvazov bildirib ki, noyabrın 1-də keçiriləcək seçki günü vətəndaşların öz iradəsini sərbəst və azad ifadə etməsi üçün mühüm amillərdən biri ictimai asayişin etibarlı qorunmasıdır. H. Eyvazov bu məqsədlə ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin olunması ilə bağlı DİN rəhbərliyi tərəfindən 26 avqust 2015-ci il tarixli xüsusi tədbirlər planının təsdiq edildiyini və icrasının nəzarətə götürüldüyünü bildirib.

Çıxışlarda qeyd olunub ki, seçici kimi səsvermə halları istisna olmaqla, seçki günü polis əməkdaşlarının seçki məntəqəsinə yalnız xüsusi geyim formasında və məntəqə seçki komissiyasının qərarına əsasən ictimai qaydanın bərpa edilməsi məqsədilə gəlməsinə icazə veriləcək. İctimai qaydanı bərpa olunduqdan sonra onlar dərhal məntəqədən çıxarılacaq.

Seçki bülletenləri saxlanılan dairə və seçki məntəqələrinin mühafizəsinin təşkil edilməsi, səsvermədən əvvəl bülletenlərin MSK-dan dairə seçki komissiyalarına və oradan seçki məntəqələrinə, seçki qurtardıqdan sonra isə seçki məntəqələrindən dairə seçki komissiyalarına və oradan Mərkəzi Seçki Komissiyasına gətirilməsi zamanı mühafizənin təmin edilməsi üçün bütün zəruri tədbirlər görüləcək.


Müşavirədə MSK-nın nümayəndələri Qabil Orucov və İlkin Şahbazov “Seçki qanunvericiliyi, seçki sistemi, seçki komissiyaları” sistemi, seçki prosesi, onun mərhələləri və müddətləri. Seçki komissiyaları və polis orqanlarının birgə fəaliyyətinin əsasları” və “Seçki subyektləri, onların hüquq və vəzifələri, fəaliyyətlərinə qanunsuz müdaxilənin yolverilməzliyi. Seçki prosesiiçtirakçılarının hüquqlarının qorunması sahəsində ümumi tələblər” mövzularında çıxış ediblər.

Tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb, onlara “Polis əməkdaşlarının Milli Məclisə seçkilərdə iştirakına dair “Yaddaş Kitabçası” paylanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR