İlin əvvəlindən BTC ilə nəql olunan neftin həcmi açıqlanıb

İlin əvvəlindən BTC ilə nəql olunan neftin həcmi açıqlanıb
# 07 sentyabr 2016 10:23 (UTC +04:00)

Bakı - APA-Economics. 2016-cı ilin avqust ayı ərzində Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəməri vasitəsilə 2 mln. 497 min 967 ton Azərbaycan nefti nəql olunub.

SOCAR-dan "APA-Economics"ə verilən məlumata görə, cari ilin yanvar-avqust aylarında bu kəmərlə 19 mln. 987 min 531 ton neft ötürülüb. Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən 2016-cı il sentyabr ayının 1-ə qədər BTC-yə 312 mın. 662 min 920 ton neft vurulub.

Bundan başqa, 2016-cı ilin avqust ayında BTC kəməri ilə 346 min 20 ton Türkmənistan nefti nəql olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR