Ermənistanda otel yanıb

Ermənistanda otel yanıb
# 25 mart 2016 12:00 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. Ermənistan paytaxtında yerləşən “Dvin” otelində yanğın baş verib.

APA-nın “news.am” saytına istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində xəsarət alan olmayıb. Yanğınsöndürmə briqadası yanğının qarşısını alıb.

İlkin informasiyaya əsasən yanğın otelin qarajında başlayıb. Bir neçə kubmetrlik penoplast yanıb.

Qeyd edək ki, bina uzun illərdir ki, fəaliyyət göstərmir və onun sökülməsi məsələsi nəzərdən keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR