"Dreamland” qolf klubunda qışın son turniri keçirilib

"Dreamland” qolf klubunda qışın son turniri keçirilib
# 02 mart 2016 13:47 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Fevralın 21-də “Dreamland” qolf klubunda qışın son turniri keçirilib.


"APA-Economics" xəbər verir ki, bu dəfə turnirdə rekord sayda iştirakçı - 72 nəfər iştirak edib. Bu cür turnirlər qolf klubun üzvləri və qonaqları arasında son dövrlərdə çox məşhurlaşıb. Hər turnirdən əvvəl iştirakçılara turnirə hazırlıqdan əvvəl baş tutan səhər yeməyi də təklif edilir. Daha sonra isə onlar qısa komanda brifinqi təşkil edir və qolf sahəsinə yarışmağa gedirlər.

Son turnirdəki qələbələrindən sonra Devid Louson, Qevin Makkenzi və Den Lyuis komandalarında dəyişiklik edərək Con Kvini 4-cü oyunçu kimi dəvət ediblər. Onlar komanda şəklində gözəl oyun nümayiş etdirərək 58,7 xalla 1-ci yeri qazanıblar. Bu bala 5-ci dəlikdə 3 ədəd “iql”, 6, 7 və 10-cu dəliklərdə 3 “bördi”, və 1-ci dəlikdə yeganə “drop” atışları daxil idi.

2-ci yeri çox az bal fərqi ilə, 59,4 balla Les Tulles, Styuart Maklin, Deymon Makleod və Stiv Nyufild qazandılar. Bu bala 3, 5, 6, 12, 13, 15, 17-ci dəlikləri də 7 fantastik “bördi”, 7 və 9-cu dəliklərdə 2 “drop” atışı daxil idi.

3-cü yerə isə 60,2 xalla Do Sionq Kim, Deyvid Seo, Yanq Gil Jeong və Eun Bae Kangin daxil olduqları komanda layiq görülüblər.

Turnir ərzində iştirakçılar bacarıqlarını nümayiş etdirən müxtəlif müsabiqələrdə də iştirak etdilər. 4-cü dəlikdə “ən yaxın dəliyə atış” müsabiqəsində Devid Seo, 17-ci dəliyə “ən yaxın atış” Deyvid Brey, 3-cü dəliyə “ən uzun drayv atış”ı Con Kvin, 1-ci dəlikdə “ən düz daryv” atışı Deyvid Brey tərəfində qazanıldı. Hədiyyələr isə BMT Prosports tərəfindən təqdim edilib.

Turnirdən sonra isə qonaqlar onlar üçün təşkil edilmiş Asiya mətbəxinə dəvət edildilər və mükafatlandırma mərasimi baş tutub

Qeyd edək ki, 2015-ci ildə öz qapılarını geniş ictimaiyyətə açan “Dreamland” Qolf Klubu Dye Dizayn tərəfindən dizayn edilmiş 18 dəlikli beynəlxalq turnirlərə ev sahibliyi etmə səviyyəli qolf meydançası, “İMG performans” studiyaları olan qolf akademiyası və müvafiq xidmət obyektlərinə malik Klabhaus-dan ibarətdir. Meydança mənzil, villa və Sabis Sun beynəlxalq məktəbini əhatə edən Dreamland qapalı yaşayış sahəsinin ən vacib hissəsi hesab olunur.

Ətraflı məlumat : Philip Jones GM Dreamland Qolf Klubu, Bakı

E-mail: [email protected]

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR