Ağ Ev: ABŞ Əsədi güc yolu ilə devirməyi planlaşdırmayıb

Ağ Ev: ABŞ Əsədi güc yolu ilə devirməyi planlaşdırmayıb
# 15 aprel 2016 01:24 (UTC +04:00)

Bakı-APA. ABŞ Suriya prezidenti Bəşər Əsədi güc yolu ilə devirməyi planlaşdırmayıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu Ağ Evin rəsmi nümayəndəsi Coş Ernest bildirib.

“Prezident Obamanın təşəbbüsləri arasında belə bir təklif heç vaxt olmayıb”, - deyə Ernest qeyd edib.

Qeyd edək ki, ötən gün Rusiya prezidenti Vladimir Putin bildirib ki, “Barak Obama qabiliyyətli insandır, çünki ABŞ-ın Liviyadakı səhvlərini etiraf edib”.

Putin Obamanı Suriyadakı səhvləri təkrarlamamağa çağırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR