İsmayıllıda kişi həyat yoldaşına xəncərlə çoxsaylı xəsarətlər yetirib

İsmayıllıda kişi həyat yoldaşına xəncərlə çoxsaylı xəsarətlər yetirib
# 06 sentyabr 2016 10:08 (UTC +04:00)

İsmayıllı. Elvin Yaqubov - APA. İsmayıllı rayonunda ailə münaqişəsi baş verib.

APA-nn yerli bürosunun xəbərinə görə, hadisə rayonun Sulud kəndi ərazisində qeydə alınıb. Kənd sakini 1968-ci il təvəllüdlü Hacıyev Şamil Osman oğlu aralarında baş verən ailə münaqişəsi zamanı həyat yoldaşı, 1974-cü il təvəllüdlü Hacıyeva Humay Əfraz qızına boğaz, ağız, qarın və sinə nahiyəsindən xəncərlə 12 dəfə xəsarət yetirib. İki övladı olan Humay Hacıyeva ağır vəziyyətdə İsmayıllı rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Məlumata görə, qadın və həyat yoldaşı Bakıda işləyir. Onların arasında qısqanclıq zəminində dava düşüb. Kişi həyat yoldaşını İsmayıllıdakı evinə gətirib və işgəncə ilə onu öldürmək istəyib. Hazırda qadının vəziyyəti ağır olaraq qalır.

Hadisəni törədən Şamil Hacıyev tutularaq istintaqa təhvil verilib.

Faktla bağlı İsmayıllı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR