Şəmkirdə iki uşaq anasını elektrik cərəyanı vurub - VİDEO

Şəmkirdə iki uşaq anasını elektrik cərəyanı vurub - <span style="color: red;">VİDEO
# 25 oktyabr 2015 16:35 (UTC +04:00)

Şəmkir. Azər Məmmədli – APA. Şəmkirdə bədbəxt hadisə baş verib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Sabirkənd kəndində qeydə alınıb.

Kənd sakini, 1988-ci il təvəllüdlü Bayramova Jalə Sabir qızı yaşadığı evin vanna otağında paltar yuyarkən ehtiyatsızlıqdan elektrik cərəyanına toxunub və hadisə yerində ölüb. J. Bayramova iki uşaq anası olub.

Faktla bağlı Şəmkir rayon Prokurorluğunda araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR