Bakıda Qarşılıqlı Fəaliyyət Şurasının illik plenar iclası keçiriləcək

Bakıda Qarşılıqlı Fəaliyyət Şurasının illik plenar iclası keçiriləcək
# 23 fevral 2016 14:57 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. Martın 8-9-da Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə Bakıda Qarşılıqlı Fəaliyyət Şurasının (İnterAction Council) illik plenar İclası keçiriləcək.

Komitənin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, 30-dan artıq sabiq dövlət və hökumət başçılarını bir araya gətirən Şuranın iclasında Kanadanın sabiq baş naziri Jan Çretyen, Avstriyanın sabiq kansleri Frank Vranitzki, Latviyanın sabiq prezidenti Vaira Viki-Frayberqa, İsgəndəriyyə Kitabxanasının direktoru İsmayıl Səragəldin məruzə ilə çıxış edəcək.

İclasda Yunanıstan, Norveç, Ukrayna, İrlandiya, Macarıstan, Kolumbiya, İordaniya, Macarıstan, Tanzaniya, Nigeriya, Kipr və Yamaykanın sabiq prezidentləri və baş nazirləri iştirak edəcək.

Qeyd edək ki, Qarşılıqlı Fəaliyyət Şurası 1983-cü ildə müstəqil beynəlxalq təşkilat kimi fəaliyyətə başlayıb.Təşkilat ayrı-ayrı ölkələrin dövlət xadimləri arasında enerji və beynəlxalq sahədə təcrübə mübadiləsinə şərait yaradır. Şura üzvləri bəşəriyyətin qarşılaşdığı siyasi, iqtisadi və sosial problemlərin həlli məqsədilə tövsiyələr irəli sürür. 30-dan artıq sabiq dövlət və hökumət başçılarından ibarət olan Şura əsasən, beynəlxalq əməkdaşlıq sahəsində sülh və təhlükəsizlik, iqtisadi dirçəliş, universal etik standartlar kimi istiqamətlər üzrə fəaliyyət göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR