Tovuz rayonunda sürücüyə kömək edən sərnişini başqa avtomobil vuraraq öldürüb - YENİLƏNİB - VİDEO

Tovuz rayonunda sürücüyə kömək edən sərnişini başqa avtomobil vuraraq öldürüb - <span style="color: red;">YENİLƏNİB  - <span style="color: red;">VİDEO
# 12 oktyabr 2015 06:20 (UTC +04:00)

APA-nın qərb bürosunun verdiyi məlumata görə, oktyabrın 11-də gecə saatlarında rayonun Xatınlı-Əlimərdanlı yolunda Tovuza gələn Əflatun Həsənov özünə məxsus "VAZ 2101" markalı avtomobilində şini dəyişən zaman ona kənardan işıq salan sərnişin, Tovuz şəhər sakini, 1962-ci il təvəllüdlü Murad Mirzəyev Aşağı Öysüzlü kənd sakini, 1962-ci il təvəllüdlü İmran Hüseynovun idarə etdiyi “Mercedes” markalı avtomobillə vurulub. Ağır xəsarət alan M. Mİrzəyev dərhal Tovuz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Tovuz rayon Polis Şöbəsində araşdırma aparılır.

*** *** ***

00.03

Tovuz. Azər Məmmədli – APA. Tovuzda piyadanın ölümü ilə nəticələnən yol nəqliyyat qəzası baş verib. APA-nın qərb bürosunun verdiyi məlumata görə hadisə oktyabrın 11-də axşam saatlarında rayonun Xatınlı – Əlimərdanlı yolunda qeydə alınıb. Tovuz şəhər sakini 1962-ci il təvəllüdlü Murad Mirzəyev yolu keçmək istəyərkən hələ ki, məlum olmayan avtomobil tərəfindən vurulub. Yaralı dərhal Tovuz rayon Mərkəzi xəstəxanasına çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Tovuz rayon Polis şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR