Nazir Kəmaləddin Heydərov Naftalanda vətəndaşları qəbul edib

Nazir Kəmaləddin Heydərov Naftalanda vətəndaşları qəbul edib
# 29 yanvar 2016 11:26 (UTC +04:00)

Naftalan. Azər Məmmədli - APA. Fövqəladə hallar naziri Kəmaləddin Heydərov bu gün Naftalan şəhərində vətəndaşların qəbulunu keçirib.

APA-nın qərb bürosunun məlumatına görə, görüşdə Naftalan və Mingəçevir şəhərlərinin, Yevlax, Goranboy və Ağdaş rayonlarının sakinləri, habelə həmin şəhər və rayonlarda məskunlaşmış məcburi köçkünlərin müraciətlərinə baxılıb.

Nazir tərəfindən qəbul edilən 24 vətəndaşın müraciətinin bir çoxu yerindəcə həllini tapıb, bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun dərhal zəruri tədbirlərin görülməsi barədə aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilib.

Bundan başqa, kadr məsələləri ilə bağlı 233, digər məsələlərlə bağlı müraciət etmiş 82 vətəndaş nazir müavinləri və nazirliyin müvafiq baş idarə və qurum rəhbərliyi tərəfindən qəbul olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR