Prezident İlham Əliyev Bakıda yeni salınan yolların və parkların açılışında iştirak edib - VİDEO

Prezident İlham Əliyev Bakıda yeni salınan yolların və parkların açılışında iştirak edib - <span style="color: red;">VİDEO
# 21 oktyabr 2015 15:28 (UTC +04:00)

APA-nın məlumatına görə, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov dövlət başçısına görülən işlər barədə məlumat verib.

Bildirilib ki, paytaxtın Həsən Seyidbəyli, Nəriman Nərimanov, Mikayıl Müşfiq, İsmayıl bəy Qutqaşınlı, Mehdi Hüseyn, Kazım Kazımzadə, Məmməd Rahim küçələrində ən yüksək səviyyədə əsaslı təmir və yenidənqurma işləri aparılıb, yeni küçə - Qurban Xəlilov küçəsi və ərazidə yeni parklar salınıb. Əsaslı təmir və yenidənqurma işləri zamanı 100 min kvadratmetrdən artıq asfalt örtüyü döşənib, qranit səki daşı düzülüb, müasir işıq dirəkləri quraşdırılıb. Yeni salınan Qurban Xəlilov küçəsində uzunluğu 610 metr, eni 17 metr olmaqla ümumi sahəsi 10 min 370 kvadratmetr olan əraziyə asfalt beton örtüyü döşənib. Mikayıl Müşfiq küçəsində yolun hərəkət hissəsi genişləndirilərək yenidən inşa edilib. Yolun Nəriman Nərimanovun heykəlindən Parlament prospektinə qədər, Həsən Seyidbəyli küçəsindən Süleyman Tağızadə küçəsinədək olan hissələrində 35 min kvadratmetr asfalt beton örtüyü əsaslı təmir edilib.

Yeni salınan parklarda isə sakinlərin istirahətini mənalı təşkil etmək üçün hərtərəfli şərait yaradılıb.

Prezident İlham Əliyev yeni salınan Qurban Xəlilov küçəsinin rəmzi açılışını bildirən lenti kəsib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR